Qadin.NET / Premyer Liqada qəsdən öskürənlər oyundan çıxarılacaq

Premyer Liqada qəsdən öskürənlər oyundan çıxarılacaq

İngiltərə çempionatında hakimlər rəqiblərə və ya matç rəsmilərinin üstünə bilərəkdən öskürən oyunçulara “qırmızı vərəqə” göstərmək hüququna sahib olacaqlar.
Qadin.Net bildirir ki, bu barədə “The Times” xəbər verir.
Hakimlər koronavirus pandemiyası zamanı belə hallarla necə davranmaq barədə ətraflı təlimat alıblar. Qayda bütün İngilis liqalarına şamil ediləcək və oyunçular kiməsə tərəf bilərəkdən öskürəcəkləri halda oyundan uzaqlaşdırılacaqlar.
Həmçinin, qeyd olunur ki, Krallıq Prokurorluğu qəsdən öskürməyi potensial cinayət əməliyyatı kimi qiymətləndirməyə baxır. Bu hal fiziki zorakılıqla bərabər tutulacaq.

3 avqust 2020
GO BACK