Rusiyanın ilk elektromobili olan “Zetta”nın kütləvi buraxılışına ilin sonunda başlanılacaq.
Qadin.Net bildirir ki, TASS-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturov bildirib.
“Ümid edirəm ki, bütün sertifikatlaşdırma prosedurları ilin sonuna qədər başa çatacaq və kütləvi istehsala başlanılacaq”, - deyə o bildirib.
O, həmçinin koronavirus pandemiyasının istehsalın başlanmasına təsir etdiyini qeyd edib.