Qadin.NET / Türkiyədə dincələn Keti Praysın ayaqları sındı

Türkiyədə dincələn Keti Praysın ayaqları sındı

Türkiyəyə istirahətə gələn ingilis müğənni Keti Praysın başına iş gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi getdiyi əyləncə mərkəzində iki ayağını və biləyini sındırıb. Ayaqları gipsə qoyulan Prays hovuz kənarında saatlarla günəş vannası qəbul edib.
Koronavirus infeksiyasına görə aylardı İngiltərədə evində özünü izolyasiya edən müğənni Antalyada dincəlir.Onu hovuz kənarında görən bir pərəstişkarı çiçək hədiyyə edib.
Həkimlər Ketinin 3-6 ay ərzində sağlam həyatına geri dönəcəyini bildirib. Estetik əməliyyatlar etdirmək üçün tez-tez Türkiyəyə gələn müğənninin bu dəfə tez qayıdacağı bildirilib.

Türkiyədə dincələn Keti Praysın ayaqları sındı
3 avqust 2020
GO BACK