Aktyor Jerar Deparde yenidən polis bölməsinə çağrılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktyorla bağlı 2018-ci ildə edilən şikayətə polis yenidən baxmağa başlayıb.
Adını gizli saxlayan 24 yaşlı qız Jerarın ona təcavüz etdiyini söyləyib. Hadisə 2018-ci ildə qızın Depardenin evinə pyes məşqinə getdiyi zaman yaşanıb. Bir il əvvəl araşdırma nəticəsiz qalıb və iş bağlanıb. Aktyor iddiaları rədd edib.
Hazırda isə iş yenidən açılıb və Jerar polis bölməsinə aparılıb.