Qadin.NET / Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı

Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı

Almaniyanın Berlin şəhərində Zelendorf məhəlləsində tülkünün 100-dən çox ayaqqabını oğurladığı məlum olub.
Qadin.Net bildirir ki, “Tagesspiegel” qəzeti məlumat verir ki, məhəllə sakinlərinin qapının çölündə qoyduqları ayaqqablar yoxa çıxıb.
Bir müddət sonra Kristian Meyer adlı sakin bir tülkünün ayaqqabı götürüb qaçdığını görüb.
O, tülkünün izi ilə gedərək bir ərazidə çox sayda müxtəlif rəngli ayaqqabıları tapıb.
Onun sosial şəbəkədə bu barədə yerləşdirdiyi məlumatın köməyi ilə bəzi şəxslər ayaqqabılarını geri qaytara biliblər.

2 avqust 2020
GO BACK