Məşhur futbolçu Kriştiano Ronaldo özünü mükafatlandıraraq dünyanın ən bahalı avtomobilini alıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, yeni maşınına 9,5 milyon avro ödəyib.
Futbolu qədər aldığı maşınlarla da gündəmə gələn Ronaldo bu dəfə kolleksiyasına idman tərzli avtomobil daxil edib.
35 yaşlı futbolçu maşınına adının baş hərfini "CR" yazısını yazdırıb. Dünyanın ən bahalı avtomobilinə sahib olan futbolçunun qarajındakı maşınların ümumi dəyəri 30 milyon avrodur.
Onun yeni maşınından dünyada sadəcə 10 ədəd var. Eyni zamanda dünyanın ən sürətli maşını hesab edilir. Ronaldo bundan əvvəlki maşınına 2 milyon avro ödəmişdi.