Qadin.NET / Bloqer özünü əlibastr ilə çəlləkdə basdırdı - VİDEO

Bloqer özünü əlibastr ilə çəlləkdə basdırdı - VİDEO

Rusiyalı bloqer Aleksandr Tarasov ağlasığmaz addım atıb.
Qadin.Net REN TV-yə istinadən xəbər verir ki, o, 200 litr tutumu olan çəlləyə girərək, üzərinə suda həll edilmiş əlibastr tökdürüb və onun qurumasını gözləyib.
Bu zaman bloqerin yalnız baş hissəsi havada qalıb. Bir müddət sonra o, heç kimin köməyi olmadan çəlləkdən çıxmağı bacarıb.
Bloqerin sözlərinə görə, o, bu eksperiment üçün üç il hazırlıq keçib. O, fanatlarını bu eksperimenti təkrarlamamağa çağırıb.

2 avqust 2020
GO BACK