Qadin.NET / Azərbaycanlı xanımın videoları dünyanın ən reytinqli səhifəsində - VİDEO

Azərbaycanlı xanımın videoları dünyanın ən reytinqli səhifəsində - VİDEO

Qusar rayonunda yaşayan, sadə kənd həyatından və hazırladığı mətbəx nümunələrindən bəhs edən videoları ilə sosial şəbəkələrdə məşhurlaşan Əzizə Rəmixanova dünyanın ən məşhur “Taste Life” adlı mətbəx səhifəsinin də diqqətini çəkib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, Əzizə xanım Azərbaycan və ləzgi mətbəxinə aid yeməklərin hazırlanma qaydasını, eləcə də gördüyü təsərrüfat işlərini çəkib yutub kanalında yayımlayır. Onun paylaşdığı videoları 16 milyonluq “Taste Life” səhifəsi də bölüşüb. Azərbaycanlı yutuberin videoları milyonlarla baxış toplayıb, həmçinin minlərlə şərh yazılıb.


1 avqust 2020
GO BACK