Gürcüstan prezidenti Salome Zurabişvili bu ölkədə yaşayan müsəlmanlara Qurban bayramı münasibəti ilə təbrik mesajı ünvanlayıb.
Qadin.Net xəbər verir ki, S.Zurabişvili bu bayramın sülh, ümid və digərlərinin qayğısına qalındığı bir bayram olduğunu qeyd edib.
Bildirib ki, pandemiya səbəbi ilə yaranmış hazırkı çətin şəraitdə digərlərinə də dəstək olmaq olduqca vacibdir.
"Ona görə də Qurban bayramının mənəvi ab-havası bizim gündəlik həyatımızın zəruri hissəsi olmalıdır. Baxmayaraq ki, bu böyük bayramı bu il qeyd edə bilmirik, mən öz müsəlman vətəndaşlarımızı Qurban bayramı münasibəti ilə təbrik edirəm. Onlara sülh, birlik və ən vacibi sağlamlıq arzu edirəm", - deyə prezident bildirib