Sentyabr ayından Avstriyanın Zalsburq şəhərində Azərbaycan Mədəniyyət Evində “Qarabağ” məktəbi fəaliyyətə başlayacaq.
Qadin.Net xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bu barədə məlumatı təsdiqləyib.
Diapor nümayəndəsi bildirib ki, artıq məktəbin nəzdində keçiriləcək kurslar üçün qeydiyyat başlayıb. Məktəbdə uşaqların Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və coğrafiyasına aid mühüm mövzularla tanış olması, ana dilində sərbəst oxuyub-yazmaq vərdişlərinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılacaq. Həftənin şənbə və bazar günləri təşkil olunacaq kurslar çərçivəsində isə uşaqlara, Azərbaycan milli rəqsləri də öyrədiləcək.