Qadin.NET / Builki Həcc-in ÖZƏLLİKLƏRİ: Zəvvarlara sterilizə edilmiş daşlar paylanıb

Builki Həcc-in ÖZƏLLİKLƏRİ: Zəvvarlara sterilizə edilmiş daşlar paylanıb

Dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edirlər. Əvvəllər hər il 2 milyondan çox müsəlmanın ziyarət etdiyi Kəbə evinə bu il 1000-ə yaxın zəvvarın ziyarətinə icazə verilib.
Qadin.Net xəbər verir ki, Səudiyyə Ərəbistan Krallığının qərarına görə, bu il Həcc ziyarəti xarici zəvvarlar üçün qadağan edilib.

Ömründə bir dəfə Həcc ziyarətinə gedərək orada qurban kəsmək İslamın vacib şərtlərindən biridir.

Pandemiya səbəbilə minlərlə zəvvar bundan məhrum olub.

Builki Həcc ziyarətinə Səudiyyə Ərəbistan vətəndaşı və ya ölkədə yaşamaq icazəsi olan ümumilikdə 10 min şəxs qatılıb.

Müqəddəs məkanı ziyarət edənlər üçün bir sıra məhdudiyyətlər də var.

Zəvvarlar sosial məsafəni qorumalı, tibbi maskadan istifadə etməlidir.

Eyni zamanda, ziyarətçilərin Kəbəyə toxunmasına və onu öpməsinə də icazə verilmir.

Ziyarətin əsas atributlarından olan şeytana daş atmaq da pandemiya səbəbindən fərqli keçirilir.

Belə ki, zəvvarlar özləri daş toplamaq əvəzinə onlara sterilizə edilmiş daşlar paylanılır.

Qeyd edək ki, ziyarət öncəsi Kəbə evi ətraflı dezinfeksiya edilib.

31 iyul 2020
GO BACK