Qadin.NET / Akın Akınözdən evlilik xəbərlərindən danışdı

Akın Akınözdən evlilik xəbərlərindən danışdı

"Hercai" serialındakı Miran obrazı ilə tanınan Akın Akınöz evlənəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Qadin.Net axşam.az-a istinadən məlumatına görə, aktyor bir müddət əvvəl paylaşımı ilə diqqət çəkmiş və sevgilisi Sandra Pestemalciya evlilik təklifi etdiyi bildirilmişdi. Məsələ ilə bağlı ilk dəfə açıqlama verən Akınöz belə bir halın olmadığını deyib.
Hava limanında obyektivlərə tuş gələn aktyor "Bilmirəm niyə, amma hər şey evliliyə yozulur. Evlənmirəm. Bu, bizim çox xoşbəxt olduğum an idi. Mən də onu paylaşmaq istədim. Profilimdə həmin enerjinin yer almasını istədim. Bundan başqa bir məsələ deyil" deyə, cavab verib.

31 iyul 2020
GO BACK