Qadin.NET / “Azərbaycanda COVID-19-a qarşı mübarizədə ciddi irəliləyişlər müşahidə etdik” - RƏSMİ

“Azərbaycanda COVID-19-a qarşı mübarizədə ciddi irəliləyişlər müşahidə etdik” - RƏSMİ

“Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə etdik”.
Qadin.Net-in məlumatına görə, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz qeyd edib.

Onun sözlərinə görə, ÜST-ün mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlayıb:

“Bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib”.

O qeyd edib ki, pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır:

“Epidemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcək”.

“Missiya çərçivəsində ÜST-ün Avropa Ofisindən epidemioloji nəzarət, məlumatların idarə edilməsi, səhiyyə müəssisələrinin idarə olunması və risk kommunikasiyası sahələri üzrə mütəxəssislər yerli səhiyyə qurumları və mütəxəssislərlə birlikdə dəyişiklikləri qiymətləndirmək və ölkənin mübarizə mexanizmlərinin təkmilləşdirilməsi üçün müvafiq sahələri müəyyənləşdirmək üzərində birgə çalışıblar.

Mütəxəssislər müşahidələr aparmaq və məlumat əldə etmək üçün Bakı, həmçinin Şamaxı və Gəncə bölgələrindəki ilkin səhiyyə xidməti mərkəzlərini və xəstəxanaları ziyarət ediblər.

Daha yaxşı hazırlıq və mübarizə tədbirləri üçün səhiyyədə tərəfdaşlığının gücləndirilməsi COVID-19-a qarşı mübarizəyə iki missiya vasitəsilə texniki yardım göstərməklə yanaşı, ÜST-ün Avropadakı və Azərbaycandakı nümayəndəlikləri tibb işçiləri arasında təcrübə mübadiləsini, innovativ həlləri və rəqəmsal platformalardan istifadə təşəbbüsünü, xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsini nəzərdə tutan REACT-C19 layihəsini həyata keçirib.

ÜST-ün ölkə ofisi, eyni zamanda Aİ tərəfindən maliyyələşdirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsini icra edir. Bu layihə çərçivəsində səhiyyə müəssisələrində mübarizənin ön cəbhəsində çalışan şəxslər fərdi qoruyucu vasitələrlə təmin edilir və hökumətə texniki yardım göstərilir”, - deyə, David Novillo Ortiz bildirib.

31 iyul 2020
GO BACK