Hindistanlı 14 yaşlı iki məktəbli qız - Vaydehi Vekariya və Radhika Lahani yeni asteroid kəşf ediblər.
Qadin.Net xəbər verir ki, bu barədə məlumatı Hindistanın Kosmik Təhsil İnstitutu - “Space” yayıb.
Bildirilib ki, qızlar asteroidi Havay adalarındakı təkmilləşdirilmiş “Pan-STARRS” teleskopu vasitəsilə aşkarlayıblar.
Qeyd olunub ki, hazırda asteroid Mars planetinin yanındadır, ancaq əvvəl-axır Yer kürəsinə yaxınlaşacaq.