Qadin.NET / Tuba Büyüküstün jurnalistlərə qəzəbləndi

Tuba Büyüküstün jurnalistlərə qəzəbləndi

Aktrisa Tuba Büyüküstün ayrıldığı biznesmen sevgilisi Umut Evirgenlə yenidən barışması iddialarına cavab verib.
Qadin.Net xəbər verir ki, bu haqda İnstaqram hesabında paylaşım edən sənətçi 3 il davam edən münasibəti ilə bağlı bunları qeyd edib:
"Maqazin xəbərləri torbasına əsası olmayan biri daha əlavə edilmiş. Torba çox ağırlaşdı. Birinin özəl həyatı haqda danışmağı sevmədiyini başa düşmədiklərini anlaya bilmirəm. "Ayrıldılar, aldatdı, yenidən dayana bilməyib barışdılar" və daha nələr... Xəbər yoxdur, nə gəldi yazaq oxunsun fikrinə qapılıblar. Biz məhrəm həyatımıza hörmət edilməsinə layiq deyilik?

İnsanlara hörmət edərək, açıqlamamı verim: Umut ilə bir neçə ay əvvəl ayrıldıq. Həyatımdakı varlığı və dəyəri böyükdür. Məhrəm həyatımıza hörmət edilməlidir. Hörmət etməyi bacarmaq zənginlikdir".

Qeyd edək ki, Büyüküstün 2017-ci ildə 6 illik aktyor həyat yoldaşı Onur Saylakdan boşanmışdı.

31 iyul 2020
GO BACK