Qadin.NET / 11 il gizlədilən cinayətə görə 11 il həbs cəzası

11 il gizlədilən cinayətə görə 11 il həbs cəzası

Uqandada nəsli kəsilməkdə olan qorillanı öldürməkdə günahlandırılan şəxs həbs edilib.
Qadin.Net bildirir ki, sondakika.com xəbər verir ki, 25 yaşlı Rafiki adlı meymunu öldürən ovçu Feliks Byamukama 11 ildən sonra günahını etiraf edib.
Byamukama qətli qorillanın ona hücum etdiyi üçün özünü müdafiə məqsədilə törətdiyini bildirib.
Həmin şəxs 11 il azadlıqdan məhrum edilib. Qorillanın öldürülməsində şübhəli bilinən daha üç nəfər axtarışdadır.
Uqanda, Ruanda və Konqoda yaşayan və sayı minə yaxın olan qorillalar nəsli tükənən heyvanlar sırasındadır. Rafiki insanlara öyrəşən meymun olub və digər qorillalara liderlik edib. O öldükdən sonra qrupun parçalanaraq, insanlardan uzaqlaşacağı gözlənilirdi.

30 iyul 2020
GO BACK