Türkiyənin tanınmış müğənnisi Kibariye nənə olmağa hazırlaşır.
Qadin.Net xəbər verir ki, 20 yaşlı hamilə qızı Birgül Küçükbalçık ilə həkim qəbuluna gələn müğənni “Instagram” hesabında foto paylaşıb.
Onların maskasız olması, xüsusilə də həkimin rəyi müzakirələrə səbəb olub.
Həkim sosial mediada “Xəstəmizin anası Kibariye olunca COVID-filan qalmır” deyə paylaşım edib.