Qadin.NET / Lukaşenkoya nə olub?

Lukaşenkoya nə olub?

Belorus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasına əlində kateterlə gəlib. Prezidentin mətbuat xidmətinin iclasla bağlı yaydığı videodan bu aydın görünür.
RT-nin məlumatına görə, kateter sistem köçürülməsi üçündür.
Dövlət başçısının xəstəliyinin adı açıqlanmır.
Qeyd edək ki, A.Lukaşenko ölkə DİN-in daxili qoşunları ilə görüşündə koronavirusdan sağaldığını elan etmişdi.
“Siz bu gün koronavirusu ayaqüstü keçirən insanla danışırsınız. Həkimlər dünən bu barədə yekun qərar veriblər. Simptomsuz”, - deyə, o bildirmişdi

30 iyul 2020
GO BACK