İngiltərə hökuməti “Sanofi” və “GlaxoSmithKline” şirkətləri tərəfindən istehsal edilən koronavirus peyvəndindən 60 milyon ədəd sifariş edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə şirkətlərdən verilən açıqlamada deyilir.
Bildirilib ki, hələ də sınaq müddətində olan peyvəndlərin tamamlanması 2021-ci ildə baş tutacaq.
Qeyd edək ki, İngiltərə hökuməti daha əvvəl Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətinin birgə ərsəyə gətirdiyi, hələ ki, sınaq müddətində olan peyvənddən 30 milyon, Fransanın “Valvena” şirkətinin peyvəndindən isə 60 milyon ədəd sifariş vermişdi.