Çoxları məşhur modellərin hər hərəkətini izləyib, onların formada qalmaq üçün nələr etdiyini öyrənməyə çalışır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 5 məşhur modelin səhər yeməyində kökəlməmək üçün nə yediyi maraqlıdır.
Alessandra Ambrosio səhərlər idman edərək günə başlayır. Əsasən də yoqa və pilatesə üstünlük verir. Günə hind qozu yağı ilə hazırlanan qızardılmış yumurta və avakado yeyir, 1 fincan qəhvə içir.
Lindsey Ellinqson ən çox səhər yeməyini sevir. Bal, qırmızı meyvə və qatığı qarışdırıb yeməyi sevir. Qatığın işindəki proteyn enerji verir, dəri üçün güclü antioksigendir. Yuxudan duranda qəhvə və çay içmir.
Stella Maksuell ilk olaraq vanna qəbul edir. Üz və dodaqlarını nəmləndirib, qəhvə içir. Əsasən də badamlı latteyə üstünlük verir.
Miranda Kerr çakralarını açmaq üçün meditasiya edir. 20 dəqiqəsini yoqa və pilatesə ayırır. Mineral və vitaminlərin bol olduğu yaşıl tərəvəzlərdən hazırlanan smuzi içir. Təzə hind qozu şirəsi, yarım fincan badam südü, 1 yemək qaşığı qarağat, 1 yemək qaşığı təzə kakao tozu, bir yemək qaşığı açai meyvəsinin tozu, bir yemek qaşığı qurd üzümü meyvəsinin tozu, bir yemək qaşığı spirulina, bir yemək qaşığı kətan toxumu, bir yemək qaşığı veqan proteyn tozunu qarışdırıb içir.
Karlie Kloss günə idmanla başlayır. Oyanan kimi qəhvə içir. Səhərləri ispanaq, avakado və kabaçokdan hazırlanan yumurtalı omleti sevir