Bu gündən etibarən ABŞ Konqresində Nümayəndələr Palatasının üzvləri, həmçinin, onların köməkçiləri üçün tibbi maskalardan istifadə məcburi olacaq.
Bu barədə CNN ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə istinadən məlumat yayıb.
“Üzvlər və əməkdaşların binaya daxil olan zaman maskadan istifadəsi məcburi olacaq”, - deyə N.Pelosi bildirib.
N.Pelosi qeyd edib ki, çıxış zamanı palata üzvləri maskalarını çıxara biləcəklər.