Qadin.NET / Rusiyada koronavirus peyvəndi 15 avqustda dövriyyəyə buraxıla bilər

Rusiyada koronavirus peyvəndi 15 avqustda dövriyyəyə buraxıla bilər

Rusiyanın N.F.Qamaley adına Milli Tədqiqat Mərkəzində yaradılan koronavirusa qarşı peyvənd ekspertizaya təqdim edilib. Peyvənd 10-12 avqustda qeydiyyata alına bilər.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Nəşr qeyd edib ki, peyvənd bundan sonra hələ “Roszdravnadzor”da da 5-7 gün yoxlanıla bilər.
“Bundan sonra gözlənildiyi kimi, avqustun 15-də peyvənd dövriyyəyə buraxıla bilər”, - nəşr bildirib.

30 iyul 2020
GO BACK