Qadin.NET / Avstraliya hökuməti Sidneyi koronavirusun yeni ocağı elan etdi

Avstraliya hökuməti Sidneyi koronavirusun yeni ocağı elan etdi

Avstraliyanın ən böyük şəhəri Sidney ölkədə koronavirusun yeni ocağı elan edilib.
Qadin.Net xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Kvislend ştatının baş naziri Anasteyşa Palaşşuk bəyan edib.
“Sidney artıq COVID-19-un ocağı elan edilib. Bundan sonra Sidneydən heç km Kvinslendə buraxılmayacaq”, - deyə o, özünün “Twitter” hesabında bildirib.
Baş nazir onu da vurğulayıb ki, yeni qaydalar Sidneydən qayıdan Kvinslend sakinlərinə aid deyil. Onlar sadəcə ştata qayıdandan sonra öz hesablarına iki həftə oteldə təcrid olunmalıdırlar.

30 iyul 2020
GO BACK