Müğənni Demet Akalın ötən gün kredit kartından pul oğurlandığını iddia etdiyi paylaşımı ilə gündəmə gəlmişdi.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Okan Kurt məsələ ilə bağlı açıqlama yayıb. Məlum olub ki, kartdan pul çəkən cütlüyün qızı Hira olub. Hira telefonda oynadığı bir oyun üçün 4 avro xərcləyib.
"Demet səhər hesabından pul çıxarıldığını görüb, şok olmuşdu. Kiminsə ona qarşı fırıldaqçılıq etdiyini düşünüb. Banka zəng etdik, məsələni aydınlaşdırdılar. Hiranın oynaması üçün yüklədiyimiz bir oyun üçün hesabımızdan 4 avro pul götürülüb. Ortada fırıldaqçılıq yoxdur" deyə, Okan əlavə edib.