Qadin.NET / Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA

Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA

İordaniya Ermənistana silah satışı xəbərlərini təkzib edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev nazirliyə çağırılıb və İordaniyanın Azərbaycandakı səfiri Sami Abdulla Goşehin Xarici İşlər Nazirliyinə çağırılmasından təəccüb duyduqları səfirimizə bildirilib.

Açıqlamada İordaniyanın Ermənistana silah göndərməsilə bağlı çıxan xəbərlərin “iddia” səviyyəsində olduğu ifadə edilib. Xarici İşlər Nazirliyi Asiya üzrə İşlər İdarəsi müdiri səfirimizə silah satışını İordaniya müdafiə sənayesindən silah alan özəl şirkətlərin gerçəkləşdirmiş ola biləcəyini deyib.

Qeyd edək ki, 27 iyul tarixində Azərbaycan Xarici İşlər Nazirliyi Sami Abdulla Goşehi İordaniyanın Ermənistana silah satışı ilə bağlı çağırmışdı. Azərbaycanla Ermənistan arasında Tovuz istiqamətində gedən döyüşlər zamanı İordaniyanın Ermənistana silah göndərməsi xəbərlərindən doğan narahatlıq səfirə bildirilmişdi.

30 iyul 2020
GO BACK