Qadin.NET / Hündürboy insanları gözləyən TƏHLÜKƏ

Hündürboy insanları gözləyən TƏHLÜKƏ

Böyük Britaniya və ABŞ alimlərinin fikrincə, hündürboy insanların koronavirus xəstəliyinə tutulma riski daha yüksəkdir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, alimlər insanların boyunu nəzərə almaqla virusa yoluxanların statistikasını təhlil edib. Boyu 182,8 santimetrdən çox olanların yoluxanlar arasında üstünlük təşkil etdiyi üzə çıxıb.
Onların nəzəriyyəsi ÜST tərəfindən hələ də tanınmayan yeni məlumatlara əsaslanır - təhlükəli hissəciklər toz hissəciklərinə asıldıqda virus hava ilə ötürülə bilər. Bu halda nəfəs almaq kifayətdir ki, virusa yoluxasınız.
İngiltərədə hündürboy kişi və qadınlar boyu 182,8 sm-dən aşağı olanlarla müqayisədə COVID-19-a daha çox yoluxurlar. ABŞ-da da boyun təsiri qeyd olunur, lakin əsasən hündürboy qadınlar yoluxur - onlar üçün yoluxma riski miniatür boylu qadınlara nisbətən doqquz dəfə çoxdur.

Mançester Universitetinin professoru Evan Kontopantelisin sözlərinə görə, bu araşdırma küçələrdə maska ​​taxmağın vacibliyini sübut edir. Bəzi alimlərsə bu nəzəriyyəyə şübhə etdiklərini bildirib:

“İnsanların epidemioloji araşdırmalarda etdiyi ən böyük səhvlərdən biri çoxsaylı fərziyyələrin sınaqdan keçirilməsidir”, - Şərqi İngiltərə Universitetinin professoru Pol Hanter “Daily Mail”ə açıqlamasında deyib. O, həmkarlarını məlumatları diqqətlə şərh etməyə çağırıb.

30 iyul 2020
GO BACK