Çində koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir.
Qadin.Net bildirir ki, Mk.ru ölkənin Səhiyyə üzrə Dövlət Komitəsinə istinadla məlumat verir ki, son bir gündə ölkədə 128 nəfərdə koronavirus aşkarlanıb.
Onlardan 101-nin simptomları olsa da, 27-nin xəstəliyi simptomsuz keçir.
Eyni zamanda, bir gün əvvəl yalnız 102 yoluxma hadisəsi aşkar edilib ki, bunların da 68 nəfərində simptomlar özünü biruzə verib.
Xatırladaq ki, Çində 2019-cu ilin dekabrından koronavirus müəyyən edilən 84 060 xəstənin 4 634-ü ölüb, 78 944-ü sağalıb.