Qadin.NET / 12 yaşlı uşaq oyuncaq tapançaya görə həbs olundu - FOTO/VİDEO

12 yaşlı uşaq oyuncaq tapançaya görə həbs olundu - FOTO/VİDEO

Britaniyada əlində oyuncaq tapança olan 12 yaşlı uşaq həbs olunub.

Bu barədə RT-yə uşağın anası Mina Aqeponq bildirib.

Onun sözlərinə görə, uşağa heç ayaqqabılarını geyinməyə imkan verməyiblər, əynində bircə şalvarla, əllərini qandallayaraq şöbəyə aparıblar.

“Kay qapını açmağa getdi, mən də onun arxasınca yollandım. Biz başı dəbilqəli, əli silahlı, üzümüzə və sinəmizə lazer hədəfi yönəltmiş dörd-beş polis gördük. Elə bil kino səhnəsi idi”, - deyə qadın bildirib.

29 iyul 2020
GO BACK