Qadin.NET / ABŞ-da COVID-19-la bağlı vəziyyət: 21 ştat “qırmızı zona”da

ABŞ-da COVID-19-la bağlı vəziyyət: 21 ştat “qırmızı zona”da

ABŞ-ın 21 ştatı yoluxma hallarının sayına görə “qırmızı zona”ya daxil edilib.
Qadin.Net bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bu ştatlar Alabama, Arizona, Kanzas, Kaliforniya, Florida, Corciya, Aydaho, Arkanzas, Ayova, Luiziana, Missisipi, Missuri, Nevada, Şimali Karolina, Şimali Dakota, Oklahoma, Cənubi Karolina, Tennessi, Texas, Yuta və Viskonsindir.
Ölkə rəhbərliyi həmin ştatlarda məhdudiyyətlərin artırılması və maskalardan istifadənin məcburiliyinə çağırış edir.
Xatırladaq ki, ABŞ-da yalnız bir ştat – Vermont “yaşıl zona”dadır. Ölkənin digər ştatları “sarı zona”ya daxildir.

29 iyul 2020
GO BACK