Balıq ovundan qayıdan uşaq velosipeddən yıxılıb. Bu zaman əlində olan qarmaq üçün dayaq uşağın qarnından girib, belindən çıxıb.
Qadin.Net bildirir ki, “Telegram” kanalı uşağın xəstəxanadakı fotosunu paylaşıb.
Həkimlərin sözlərinə görə, ancaq xoş təsadüf nəticəsində ox venanın bir santimetr kənarından keçib. Əgər damar zədələnsəydi, uşağın həyatını xilas etmək mümkün olmayacaqdı.
Uşaq dərhal əməliyyat olunub. Onun vəziyyəti normal qiymətləndirilir, həyati təhlükəsi yoxdur.