Qadin.NET / Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi

Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi

Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza müraciət edib.
Qadin.Net xəbər verir ki, müraciətdə Vətənə qayıtmaq istəyən soydaşlarımızın koronavirusa qarşı verdikləri test nəticələrinin cavablarının bu gün səhər yerli vaxtla 07:00-da elan ediləcəyi bildirilib.

Qeyd edilib ki, test nəticələri neqativ olan şəxslər saat 10:00-da Tbilisidəki səfirliyimizin binası önündən xüsusi ayrılmış ödənişsiz avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə çatdırılacaq.

Bildirilib ki, COVID pasportu əldə etmiş şəxslər şəxsi nəqliyyat vasitələrindən də istifadə edə bilərlər.

29 iyul 2020
GO BACK