Qadin.NET / Demet Akalının kredit kartından pul oğurlandı

Demet Akalının kredit kartından pul oğurlandı

Müğənni Demet Akalına qarşı fırıldaqçılıq edilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədəki paylaşımında yazıb. Akalın kredit kartından xəbəri olmadan istifadə edildiyini vurğulayıb.

Demet paylaşımında "Səhər-səhər kredit kartı fırıldaqçılığı. Diqqət edin, mənimkindən dollar çəkiblər. Səhər yuxuda gördünüz məni?" sözlərini qeyd edib.

Ardından aylardır alış-veriş etmədiyi kredit kartından oyunlar alındığını əlavə edən sənətçi xərcləmənin xaricdən olduğunu bildirib.

29 iyul 2020
GO BACK