Rusiyanın Həştərxan vilayətində yeni qarpız növü yetişdirilib.
Qadin.Net Ren TV-yə istinadən xəbər verir ki, bu qarpız növü ənənəvi olaraq qırmızı yox, ağ rəngdədir.
Yeni növ qarpızı yetişdirmək üçün seleksiyaçılar 15 il sınaq aparıb.
Bəyaz qarpızın dadı ənənəvi qırmızı qarpızdan fərqlənəcək. İstehsalçılar deyir ki, ağ qarpızda vanil və badam tamı hiss olunur.
Ağ qarpız Seleksiya Nailiyyətlərinin Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınandan sonra satışa çıxarılacaq.