Moskva metropoliteninin sərnişini sürgün edilmiş insan geyimi ilə Rusiya paytaxtının sakinlərini təəccübləndirib.
Bununla bağlı fotonu “Podsluşano Metro Moskvı” özünün “VKontakte” səhifəsində paylaşıb.
Fotoda məhkum formasını geyinmiş sərnişin əks olunub. Əlində dəri çanta olan kişi məşhur aparıcı Leonid Yakuboviçlə oxşarlığı ilə də diqqət çəkib.
Şəkil sosial şəbəkə istifadəçiləri arasında gülüşlə qarşılanıb. Bəzilərinin fikrincə, kişi koronavirus məhdudiyyətləri dövründə özünü necə hiss etdiyini əyani şəkildə göstərib.