ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiya başlayıb. Bu barədə istehsalçı şirkət özünün rəsmi saytında elan edib.
Amerikanın biotexnologiya şirkəti dərmanın klinik sınaqlarının üçüncü mərhələsinə başladığını açıqlayıb.
Testlərdə 30 min könüllünün iştirak etdiyi qeyd olunur. Onlardan bəzilərinə peyvənd vurulacaq, digərləri isə plasebo preparatı qəbul edəcək.
ABŞ hökuməti bu peyvəndin hazırlanmasına təxminən yarım milyard dollar (850 milyon AZN) ayırıb. Bu, koronavirusa qarşı ilk preparatdır ki, insanlar üzərində geniş miqyasda sınaqdan keçirilir.