“Hanna” qasırğası ABŞ - Meksika sərhədindəki divarın bir hissəsini məhv edib.
Divarın küləyin və yağışın təzyiqi altında necə çökməsi barədə “Twitter” sosial şəbəkəsində yerləşdirilən görüntülər qısa müddətdə yayılıb.
Məhv olan divarın ABŞ-ın Texas ştatı ilə Meksikanın Tamaulipas ştatının sərhədində yerləşdiyi iddia olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin Meksika ilə sərhədindəki divarın dünyada ən güclü sədd olduğunu demişdi.