Qadin.NET / Moskvalı miqrantın çəkmələrini sildi - Video

Moskvalı miqrantın çəkmələrini sildi - Video

Moskva sakini Aleksandr Andriyanov Vkontakte sosial şəbəkəsindəki səhifəsində miqrantlara mənəvi dəstək vermək məqsədi ilə “Miqrantların həyatı vacibdir” (Migrants lives matter) hərəkatı yaratdığını elan edib.
Qadin.Net teleqraf-a istinadla xəbər verir ki, bu haqda "Moskovski komsomolets" nəşri məlumat yayıb.

O, Moskvada yaşayan rusları gəlmələrin həyatı haqqında düşünməyə, onlara küçələri təmizlədiklərinə, evlər tikdiyinə və kuryer xidmətlərinə görə təşəkkür etməyə çağırıb. A.Andriyanov hərəkatın loqotipi olan köynək geyərək, iş xalatındakı bir miqrantın qarşısında diz çöküb ayaqqabılarını silməsinin görüntüləndiyi bir video çəkib.

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Andriyanovun təşəbbüsünü bəyənməyib. Puşkov hadisəni şərh edərək, bu cür "Amerika modasının düşüncəsiz təqlidləri"nin "ikinci dərəcəli və asılı" insanlar üçün xarakterik olduğunu söyləyib.

"Əminəm ki, bu jest qəribə bir istisna olaraq qalacaqdır. Axı burada, sadəcə, iqtibas olunmuş pozadan və mənəvi boşluqdan başqa bir şey yoxdur”, - deyə senator öz Teleqram kanalında yazıb.

28 iyul 2020
GO BACK