Qadin.NET / Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər

Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Qadin.Net bildirir ki, “Haber Global” xəbər verir ki, telefon danışığı zamanı ölkə başçıları Türkiyə - Rusiya əlaqələrini möhkəmləndirəcək addımları dəyərləndiriblər.

Həmçinin Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələr, eyni zamanda Suriya və Liviya başda olmaqla, bölgədəki hadisələr müzakirə edilib.

R.T. Ərdoğan və V. Putin iki dövlət arasındakı əlaqələr və bölgədəki hadisələr haqqında iş birliyi və dialoqun davam etdirilməsi məsələsində həmfikir olublar.


28 iyul 2020
GO BACK