Qadin.NET / Şahzadə Harrinin keçmiş sevgilisi ərə getdi

Şahzadə Harrinin keçmiş sevgilisi ərə getdi

Şahzadə Harrinin 31 yaşlı keçmiş sevgilisi, model-aktrisa Kressida Bonas ötən yay sevgilisi Uentvort Stenli ilə nişanlandığını bildirmişdi.
Qadin.Net xarici KİV-ə istinadən xəbər verir ki, cütlük gizli evlənib. Gizli olan nikah mərasiminə bəy və gəlinin yaxınları qatılıblar.

Qonaqlar arasında Bonasın qardaşı da yer alıb və o, gecədən görüntünü sosial şəbəkədə paylaşıb. Cütlük hələ ki, məsələ ilə bağlı heç bir açıqlama vermir.

Qeyd edək ki, Kressida və Stenli 2017-ci ildən eşq yaşayır.

28 iyul 2020
GO BACK