Yaponiya hökuməti işçilər arasında artan koronavirus halları səbəbindən şirkətlərdən uzaqdan işləmə nisbətinin 70-80 faizə qaldırılmasını istəyib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, İqtisadiyyat naziri Yasutoşi Nişimura hökumətin şirkətləri məsafəli işləri artırmağa və digər sosial məsafə tədbirlərini həyata keçirməyə təşviq edəcəyini deyib.
Nazir əlavə edib ki, məsafədən işləmək nisbəti təxminən 30 faizə enib. O, həmçinin şirkətləri fasiləsiz növbələr tətbiq etməyə və işdən sonrakı iş yeməklərindən çəkinməyə çağırıb.
Yaponiyada işdən sonra bar və restoranlara gedən 40-50 yaş qruplarında infeksiyaya daha sıx təsadüf edilir. Mütəxəssislər yoluxmanın bu yaş kontingentində aşkarlanmasından narahatdırlar. Tokio və digər böyük şəhərlərdə yeni yoluxma hallarının artması, epidemiyanın ikinci dalğasının yaranması ilə bağlı narahatlıq doğurub