Qadin.NET / Dünya nə vaxt virusdan tamamilə xilas olacaq?

Dünya nə vaxt virusdan tamamilə xilas olacaq?

İtaliya alimləri ilk koronavirus peyvəndi istehsalının bu ilin sentyabr ayında başlayacağını açıqlayıb.
Qadin.Net xəbər verir ki, dərmanın 2021-ci ilin yanvar ayında satışa çıxarılacağı planlaşdırılır. Hazırda ingilis və italyan mütəxəssislər ChAdOx1 adlı peyvənd üzərində işləyirlər.

"ChAdOx1 artıq min xəstədə uğurla sınaqdan keçirilib. İndi sınaqların üçüncü mərhələsindəyik. Nəticələr yaxşı olarsa, onun böyük həcmdə istehsalına sentyabr ayının sonunda başlanılacağını güman etmək olar", - İtaliyanın "Irbm" biotexnologiya şirkətinin rəhbəri Piero Di Lorenzo açıqlamasında bildirib.

Bunun Avropada yaradılan ilk koronavirus peyvəndlərindən biri olacağı gözlənilir. Di Lorenzo təklif edir ki, peyvənd ilk növbədə risk altında olan vətəndaşlara vurulsun. Güman ki, onun qiyməti təxminən 2-3 avroya başa gələcək.

İlkin razılaşmalara görə, peyvəndi ilk olaraq İtaliya, Niderland, Fransa və Almaniya vətəndaşları alacaq. Eyni zamanda, İtaliya şirkətinin rəhbəri peyvəndlənmənin sürətlə davam edəcəyinə əmindir. Onun sözlərinə görə, 12 aydan sonra dünya tamamilə virusdan azad olacaq

27 iyul 2020
GO BACK