Anonim hakerlər UFO VPN provayderinin bazasına hücum edərək, minlərlə istifadəçinin məlumat bazasına daxil olublar və özlərindən sonra qeyri-adi imza qoyublar.
Qadin.Net xəbər verir ki, bu barədə “Medialeaks” xəbər yayıb.
Məlumata görə, onlar şifrələri, IP ünvanlarını və digər şəxsi məlumatları oğurlayıblar. Bunu adi haker hücumu adlandırmaq olardı, amma bir fərqlilik var: hakerlər bütün məlumatların məzmununu silib, əvəzinə bir söz yazıblar - “meow” (myau).
Alman kiberanalitik və informasiya təhlükəsizliyi sahəsində ekspert olan Bob Dyaçenkonun sözlərinə görə, bu hücum qlobal təhlükə daşımır. O, hakerlərin bunu əylənmək xatirinə etdiyini bildirib.