“Sizə dürüst olacam. Gələcəkdə əvvəlki normal həyata qayıdış əsla olmayacaq”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adhanom Qebreyesus deyib.
Dünyanın balansını alt-üst edən koronavirus pandemiyası haqqında qorxunc proqnozları dilə gətirən baş katib bildirib ki, əvvəlki normal həyat bir daha mümkün olmayacaq.
ÜST-dən verilən başqa bir açıqlamada isə COVID-19 xəstəliyinə qalib gəlmiş insanların ikinci dəfə infeksiyaya yoluxub-yoluxmamasının tam cavabının olmadığı bildirilib.