Qadin.NET / Stiven Siqal Rusiyada torpaq alacaq

Stiven Siqal Rusiyada torpaq alacaq

Hazırda Buryatiya Respublikasında səfərdə olan məşhur Hollivud ulduzu Stiven Siqal Rusiyanın Uzaq Şərq federal dairəsində torpaq almaq qərarına gəlib.
Qadin.Net bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Məşhur kinoaktyor Buryatiyada uşaqlara döyüş sənətini öyrətmək və Baykal gölünün mühafizəsi ilə məşğul olmaq istəyir”, - deyə Buryatiya hökumətinin mətbuat xidməti bildirib.
Stiven Siqal Rusiyanın Buryatiya Respublikasına iyulun 21-də səfər edib.
Kinoaktyorun Buryatiyaya səfəri yerli xalqın mədəniyyəti ilə tanış olmaq məqsədi daşıyır.

27 iyul 2020
GO BACK