Qadin.NET / Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı

Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı

Rusiyanın Tümen vilayətinin İşim rayonunda yerli sakinin qulağından güvə çıxarılıb.
Yerli mətbuatın məlumatına görə, ciddi ağrı verdiyi üçün xəstəxanaya çatana qədər pasiyent qulağına su damızdırıb.
“Bu, həmin vəziyyətdə yeganə doğru qərar idi. Həşəratı fəaliyyətsiz etmək üçün qulağa adi su damızdırmaq kifayətdir. Əlinizin altında varsa, bitki yağı da yaxşı variantdır.
Bu zaman həşərat boğulur və hərəkətsizləşir. Lakin istənilən halda həkimə müraciət etmək lazımdır ki, qulağa düşmüş həşərat xüsusi alətlərin köməyilə çıxarılsın”, - xəstəxanada işləyən otorinolarinqoloq deyib.
Mütəxəssislər qeyd edirlər ki, qulağa düşmüş həşəratlar insan orqanizminə ciddi zərər yetirə bilər. Bu zaman eşitmənin pozulmasının, başgicəllənmənin, ürəkbulanmanın və ciddi ödemin meydana çıxma ehtimalı var.

Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
27 iyul 2020
GO BACK