Qadin.NET / Məşhur aparıcı və həyat yoldaşı koronavirusa yoluxdu

Məşhur aparıcı və həyat yoldaşı koronavirusa yoluxdu

Rusiya iyundan karantini ləğv etsə də, hər gün COVID-19-a yoluxma qeydə alınır.

Qadin.Net xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə aparıcı və bloqqer Anastasiya İvleva koronavirusa yoluxduğunu bildirib.

O, həyat yoldaşının da virusdan əziyyət çəkdiyini söyləyib:

"Bilmirəm bu Covid var, yoxsa yoxdur. Bunun gerçək, uydurma olduğunu deyə bilmərəm. Sosial şəbəkədəki suallar, şərhlər dayanmır. "Bu yalandır", "Uydurmadır" kimi şərhləri dayandırın. Xəstəyik, bütün əlamətlər var və müalicə alırıq. İzləyicilərimlə xəbəri bölüşdüm, çünki iki həftə evdə oturmalıyam.

Əvvəlcə soyuqdəymənin əlamətlərini hiss etdik, dərman içdik. Sonra dad və qoxu bilmə itdi, bu, dördüncü gün başladı. Asqırmağa başladım və halsızlaşdım. Test verdik və pozitiv çıxdı. Bütün ailədə koronavirus çıxdı.Həkim nəzarətindəyik, dərmanlar qəbul edirik".

27 iyul 2020
GO BACK