39 yaşında xərçəng xəstəliyindən vəfat etmiş amerikalı bodibilder Cemma Sisson sosial şəbəkələrdə vida paylaşımı edib. Maraqlıdır ki, bu, onun ölümündən sonra baş verib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, C.Sissonun “Instagram” səhifəsindəki paylaşımda deyilir:
“Əgər bu dərc edilibsə, deməli, mən bir neçə həftə mübarizə apardıqdan sonra ölmüşəm”.
İdmançı qadın onu hər zaman dəstəkləyən və tək qoymayan əri Riki Mura minnətdarlıq edib.
Sonda pərəstişkarları ilə vidalaşaraq, Cemma Sisson yazıb: “Sevincliyəm ki, zamanım yetişdi. O biri tərəfdə görüşərik!”
Qeyd edək ki, idmançı qadında ilk dəfə onkoloji xəstəlik 2018-ci ilin aprelində aşkarlanıb. Ötən ilin avqustunda o, cərrahiyyə əməliyyatı keçirib. Lakin 2019-cu ilin sonunda xərşəng metastaz verib.