Qadin.NET / Koronavirusun yoluxuculuğu hansı mühitdə ŞİDDƏTLƏNİR?

Koronavirusun yoluxuculuğu hansı mühitdə ŞİDDƏTLƏNİR?

Müəyyən şərtlərdə koronavirus infeksiyası 8 metrə qədər məsafədə ötürülə bilər.
Qadin.Net xəbər verir ki, Helmholtz yoluxucu xəstəliklər tədqiqatları mərkəzinin alimləri araşdırma nəticəsində bu qənaətə gəlib.
May ayında müəssisələr meydana gələn xəstəliyin yayılmasını araşdırıb. Belə ki, bir neçə ay əvvəl 1500-dən çox işçinin koronavirusa yoluxduğu ət zavodunda - soyudulmuş anbarda virusun ötürülməsi prosesi araşdırılıb və arzu edilməyən nəticələr əldə edilib.

“Burada müxtəlif amillərin birləşməsi koronavirusun nisbətən uzun məsafəyə ötürülməsini təmin edir”, - hesabatda qeyd edilir.

Hansı şərait COVID-19-un daha böyük məsafəyə yayılmasına imkan verir?

Alimlər vurğulayıb ki, koronavirusun yayılmasında əsas amil, ehtimal ki, soyuq hava və otağın kifayət qədər havalanmamasıdır. Belə şəraitdə 1,5-3 metrə qədər məsafə özünüzü infeksiyadan qorumaq üçün kifayət etməyə bilər.

Xatırladaq ki, bundan əvvəl London İmperial Kollecinin alimləri koronavirus infeksiyası simptomlarının havadan asılı olaraq şiddətləndiyini açıqlamışdı.

27 iyul 2020
GO BACK