Yeni mövsüm çəkilişlərinə Kapadokiyada start verən "Zümrüdüanka" serialında ayrılıq yaşanıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ekran işinə yeni daxil olan aktrisa Səhra Şaş sağlamlığı ilə bağlı yaranan problemə görə serialdan ayrılıb.Serialın çəkilişi zamanı aktrisa mədəsinin ağrıması səbəbi ilə xəstəxanaya aparılıb.Həkimin stressdən və ağır iş rejimindən uzaq olmasını istəməsi ilə S.Şaş işindən uzaqlaşmağa məcbur olub.