Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkədə ilk koronavirusa yoluxma halının aşkarlanmasından sonra Keson şəhərini bağlamağı və onun rayonlarını bir-birindən təcrid etməyi qərara alıb.
Qadin.Net RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (ÇTAK) məlumat yayıb.
Məlumata görə, koronavirusa yoluxmanın aşkarlandığı Keson şəhərində vəziyyətin müzakirəsi üçün KXDR lideri Kim Çenın Inın sədrliyi ilə fövqəladə iclas keçirilib. İclasda şəhərdə fövqəladə vəziyyət rejimini tətbiqi, "milli fövqəladə karantin sistemindən" "maksimal fövqəladə sistem"ə keçid barədə qərar qəbul edilib.
Qeyd edilir ki, təhlükəli virusun aşkarlandığı şəxs Şimali Koreyaya iyulun 19-da qanunsuz yolla gəlib.
Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazırda hakimiyyət orqanları virusa yoluxduğu şübhə edilən bu şəxsin əlaqədə olduğu adamları müəyyənləşdirir.